Stoltenberq: “NATO heç zaman genişlənməməyə söz verməyib”

"NATO heç zaman genişlənməməyə söz verməyib. Bu da beynəlxalq müqavilələrdən irəli gəlir".

APA-nın xəbərinə görə, bunu DPA agentliyinə müsahibəsi zamanı NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“NATO heç bir vaxt genişlənməyəcəyini bəyan etməyib. Hətta təşkilatın təsis müqaviləsində belə, göstərilib ki, hər bir Avropa dövləti təşkilata üzv ola bilər. Digər tərəfdən, 1970-1990-cı illərin sənədləri – Helsinki Yekun Aktı, Paris xartiyası, Rusiya-NATO aktı və digər sənədlərdən məlum olur ki, bütün dövlətlərin öz müqəddəratını sərbəst təyin edə bilər. Bu Avropanın təhlükəsizliyin təməl prinsipidir və Rusiya da sənədi imzalayıb. Biz bunları bir neçə sitatla dəyişə bilmərik. Digər tərəfdən də, SSRİ-nin sonuncu prezidenti M. Qorbaçov bildirmişdi ki, NATO-nu n Şərqə doğru genişlənməsi Almaniyanın birləşməsindən əvvəl başlayıb”.

pia.az