İlham Əliyev Maliyyə Nazirliyinin yeni binasında

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub
Maliyyə naziri Samir Şərifov prezident İlham Əliyevə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verib.Dövlət başçısı iclas zalları, görüş və iş otaqları ilə də tanış olub.Prezident Maliyyə Nazirliyinin son illərdə keçdiyi inkişaf yolu, geniş tətbiqini tapan kompleks islahatlar və yeni inzibati binadan bəhs edən qısa videoçarxa baxıb.Sonra dövlət başçısına büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olunub. Qeyd edilib ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə uçotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi yaradılıb.Dövlət başçısına həmçinin ən müasir texnologiyanın tətbiq olunduğu əyar nəzarət maşını barədə məlumat verilib. Maliyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olan prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.