MTRŞ-da ilin yekunlarına dair iclas keçirilib

Milli Televiziya və Radio Şurasında başa çatmaqda olan ilin yekunlarına və qarşıda duran vəzifələrə dair toplantı keçirilib.

PİA.az-ın xəbərinə görə, toplantıda Şuranın üzvləri, MTRŞ aparatının heyəti, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və PA-nın digər məsul şəxsləri iştirak edib.

Geniş tərkibdə keçirilən toplantıda Şura sədri İsmət Səttarov görülmüş işlərlə bağlı ətraflı hesabatla çıxış edib.

pia.az