İranda 60 milyon nəfər yoxsulluq həddinin altında yaşayır

“Bugün cəmiyyətin fiziki sağlamlığı təhlükə altına düşüb”.

Bakupost.az xəbər verir ki, “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu sözləri iranlı sosioloq Əmanullah Qərai Müqəddəm ölkədə yoxsulluğun nəticələri barədə danışarkən deyib.

“Bu gün 60 milyon nəfərdən söhbət gedir ki, yoxsulluq həddinin altında yaşayır”, - deyə o bildirib.

Sosioloqun sözlərinə görə, bugün insanların çoxu nə meyvə, nə ət, nə yumurta ala bilmir və vəziyyət getdikcə daha da pisləşəcək.

pia.az