Prezident Adil Qəribova vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov yeni vəzifəyə təyin olunub
 Prezident İlham Əliyevin sərəncamı ilə Adil Qəribov Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr  təyin edilib.A.Qəribov açıqlamasında bildirib ki, bundan sonra əsas iş yeri olaraq Milli Nüvə Tədqiqatları Mərkəzində sədr vəzifəsini icra edəcək. O, ictimai əsaslarla AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru kimi də fəaliyyətini davam etdirəcək.