Əfqanıstanda üç partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabildə iki, Hilmənd vilayətində isə daha bir partlayış baş verib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, partlayıcı qurğu Kabilin cənub-şərqindəki bölgədə işə düşüb, 3 nəfər həlak olub.

Digər hadisə Kabilin Daşte-Bərçi bölgəsində qeydə alınıb. Belə ki, yol kənarına qoyulmuş bomba partlayıb, xəsarət alan olmayıb.

pia.az