Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ın hərbi cinayətlərini ört-basdır edir

Beynəlxalq Cinayət Məhkəməsi Taliban və İŞİD-in hərbi cinayət dosyalarını Vaşinqtonun göstərişi ilə hazırlayarkən, ABŞ-ın hərbi cinayətlərini ört-basdır etməyə çalışır...

Cemile Bayraktar“Şarkul Avsat” qəzeti, 12 dekabr 2021-ci il

2002-ci ildə yaradılmış Beynəlxalq Cinayət Məhkəməsi (ICC) insanlığa qarşı cinayətlər, soyqırım və müharibə cinayətləri kimi hadisələrə baxan bir məhkəmədir. O, dövlətləri deyil, üzv dövlətlərin vətəndaşlarını mühakimə edə bilər, müəyyən işlərdə isə geriyə doğru mühakimə etmək qüvvəsinə malikdir. Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması barədə bağlı tədqiqatlar 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərliyi ilə başlamışdı. Roma Statusu adı altında aparılan araşdırmalardan sonra BMT-nin Baş Assambleyasında 7 səsə qarşı 120 səslə Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması qəbul edilmişdi.

ABŞ 2000-ci ilə qədər Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasını dəstəklədi, lakin onlar məhkəməyə amerikalıları mühakimə etməmək imtiyazını tətbiq edə bilmədilər. Yenə də o dönəm ABŞ prezidenti olan Bill Klinton bu müqaviləni imzaladı. Bununla belə, növbəti prezident Corc Buş 2002-ci ildə müqavilədən ABŞ təmsilçisinin imzasını rəsmən geri çəkdi. Ona görə də bu məhkəmə artıq ABŞ vətəndaşlarını mühakimə edə bilməyəcək.

Bu dönəm 2001-ci ilin 11 Sentyabrından sonra ABŞ “qlobal təhlükəsizlik” şüarını qəbul edərək qloballaşmanın təhlükəsizlik ölçüsü ilə eyniləşdirdi və bütün dünyanı terrordan xilas edəcəklərini əminliklə elan edərək insan haqlarını tapdalamağa başladılar. Əfqanıstan və İraqda işğaldan sonra minlərlə insanın haqqları ən pis şəkildə ayaqlar altına atıldı. Əslində, baş verənlər məhz belə idi: əvvəlcə Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmamaq üçün imzanı geri çəkdilər, lakin iş bununla da bitmədi. Amerika Hərbi Qulluqçusunun Mühafizəsi Aktı (ASPA) ilə Vaşinqton hərbi cinayətlər törətmiş vətəndaşlarını qorudu və daha sonra bir çox ölkələrlə İkitərəfli Toxunulmazlıq Sazişləri (IDA) imzalayaraq, bu sazişi imzalamayan ölkələrə yardımı dayandırdı. Bundan sonra ABŞ, sanksiyaya məruz qalmadan və hərbi cinayətlərə görə mühakimədən yayınaraq istədiyi kimi, istədiyi yerdə də hərəkət edə bilərdi və etdi də.

ABŞ-ın İraq və Əfqanıstana müdaxiləsi prosesi bu gün də mübahisəlidir. Çünki BMT-nin nizamnaməsinə görə bir ölkə təcavüzə məruz qalmadan başqa bir ölkəyə qarşı müharibə apara bilməz. Bu səbəbdən, ABŞ terror bəhanəsi ilə Əfqanıstanı, kimyəvi silah bəhanəsi ilə İraqı işğal etməsi beynəlxalq hüquq baxımından mübahisəlidir.

Əfqanıstan məsələsində Əfqanıstanın işğalından daha böyük problem ABŞ-ın Əfqanıstanda törətdiyi insanlığa qarşı olan müharibə cinayətləri idi. 2021-ci ildə ABŞ bu ölkədən geri çəkilərkən bu qədər rahat olmasının səbəbi heç bir sanksiyaya və ya beynəlxalq məhkəmə tədqiqatına məruz qalmaması idi.

Bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsin Əfqanıstandakı hərbi cinayətləri araşdırmaq qərarına gəlib. Amma özünü müstəqil adlandıran və tez-tez ABŞ-ın təzyiqlərinə məruz qalan Beynəlxalq Cinayət Məhkəməsin bu dəfə müharibə cinayətləri ilə bağlı Vaşinqtonun direktivləri əsasında fəaliyyət göstərmək qərarına gəlib.

Demək olar ki, ABŞ-ın Əfqanıstandan çıxması ilə eyni vaxtda Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Əfqanıstandakı müharibə cinayətlərini araşdırmaq üçün “yenidən” Beynəlxalq Cinayət Məhkəməsindən təcili icazə istəyib. “Yenidən” deyirəm, çünki təxminən bir il əvvəl keçmiş prokuror Əfqanıstandakı müharibə cinayətlərini ABŞ rəsmilərini də əhatə edərək araşdırmaq istəyirdi və Tramp Administrasiyası keçmiş prokurora buna qarşı sanksiya tətbiq etmişdi. Yeni prokuror isə Əfqanıstandakı bütün hərbi cinayətləri araşdırmaq əvəzinə, yalnız “Taliban” və İŞİD-in ABŞ-a üstünlük verərək törətdiyi cinayətləri araşdırmaq istəyir.

ABŞ 2001-ci ildən 2021-ci ilə kimi Əfqanıstanı 20 il boyunca işğal altında saxlayıb. Müharibə zamanı minlərlə mülki vətəndaş həyatını itirib və hətta ABŞ geri çəkilərkən belə, İŞİD üzvləri ilə səhv salaraq evlərində mülki vətəndaşları və uşaqları hədəf aldı və bombardmanda çoxlu sayda mülki insan öldü. ABŞ Əfqanıstanı öz əlləri ilə “Taliban”a təslim edərək, İŞİD-ə hakimiyyət boşluğundan istifadə etmək imkanı verdi. Buna görə də heç bir şəkildə mühakimə olunmadı, şou xarakterli məhkəmələrdə isə mühakimə olunduğunu iddia edərək hərbi cinayətlər törədən əsgərlərinə bəraət verdi. Hazırda ABŞ geridə yaşanmaz bir Əfqanıstan qoyub.

ABŞ-ın bu qədər bərbad bir keçmişi olduğu halda, Əfqanıstanı tərk edərkən hərbi cinayətlərindən, məğlubiyyətindən və amerikanlarla əməkdaşlıq edən əfqanların məlumatlarını “Taliban”a verməsindən isə heç danışılmır da. Yalnız “Taliban”ın nə qədər qorxulu olduğu və əfqan qadınlarının acizliyi izah edilir, lakin vəziyyəti bu həddə gətirib çıxaran hərbi cinayətkarların mühakimə olunması üçün bütün qapıları bağlayır. Hazırda isə Beynəlxalq Cinayət Məhkəməsi Taliban və İŞİD-in hərbi cinayət dosyalarını Vaşinqtonun göstərişi ilə hazırlayarkən, ABŞ-ın hərbi cinayətlərini ört-basdır etməyə çalışır...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az