Kürdəmirdə 35 yaşlı kişi bıçaqlanıb

Kürdəmirda bıçaqlanma hadisəsi olub.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Təklə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 35 yaşlı Şıxəliyev Mübariz Rasim oğlu bir neçə bıçaq xəsarəti alıb. M.Şıxəliyev ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Ona qardaşı, 31 yaşlı Şıxəliyev Cavanşir Rasim oğlu tərəfindən mübahisə zəminində bıçaq xəsarəti yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az