Bayraq meydanında qəza

Hadisəyə “Mitsubishi” markalı avtomobilin yolun əks istiqamətinə çıxması səbəb olub
Səbail rayonu Bibiheybət yolunda, “Bayraq meydanı” yaxınlığında yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı “Mitsubishi” və “Mercedes” markalı iki minik avtomobil toqquşub ki, nəticədə “Mercedes”in sürücüsü yüngül bədən xəsarəti alıb.Şahidlərin sözlərinə görə, hadisəyə “Mitsubishi” markalı avtomobilin yolun əks istiqamətinə çıxması səbəb olub. Hər iki sürücü izahatlarının alınması üçün polis orqanına dəvət edilib. Hər iki faktla bağlı araşdırmalar aparılır. Qəzaların dəqiq baş vermə səbəblərini ekspertizaların nəticələri aydınlıq gətirəcək.