İsrailin Baş naziri BƏƏ-yə ilk dəfə rəsmi səfər edəcək

İsrailin Baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərə gedəcək.

TASS xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.

Bennet sabah Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq.

pia.az