Lökbatanda Ulu Öndər Heydər Əliyevin anma mərasimi keçirilib - Foto

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

PİA.az xəbər veriri ki, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Millət vəkilləri, YAP Qaradağ rayon təşkilatının sədri, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edib.İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraqmərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildiriblər. Rayonun bütün qəsəbələrində yerləşən məscidlərdə Ulu öndərin ruhuna dualar oxunub.

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimində iştirak edən rayon ictimaiyyəti abidə önünə tər gül çiçək dəstələri qoyduqdan sonra rayonun bütün qəsəbələrində Ulu Öndər Heydər Əliyevin ruhunadualar oxunub və ehsan süfrələri açılıb.

pia.az