“Fənərbaxça” formal oyunda “Ayntraxt”la heç-heçə edib

Avropa Liqasında qrup mərhələsində son turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Türkiyənin bu turnirdəki təmsilçilərindən “Fənərbaxça” VI turda “Ayntraxt”ı qəbul edib.

Bir tur öncədən Almaniya klubu növbəti mərhələyə, “sarı-lacivərdlilər” isə qrup üçüncüsü kimi Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etdiyindən, qarşılaşma formal xarakter daşıyıb. Görüş komandaların birinci hissədə vurduqları qarşılıqlı qollar sayəsində 1:1 hesabı ilə yekunlaşıb. İstanbul klubunun yeganə topuna 42-ci dəqiqədə Merqim Berişa imza atıb. Bununla türkiyəlilər qrupu 6 xalla başa vurub.

Qeyd edək ki, “Fənərbaxça” Konfrans Liqasının pley-offunda həmin turnirdə qrup ikincilərindən biri ilə üz-üzə gələcək.

pia.az