Türkiyə 3 şəhid verdi

İraqın şimalında Türkiyə ordusunun 3 hərbiçisi şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Şimali İraqda “Pəncə-Yıldırım” əməliyyatı bölgəsində terrorçuların hücumu nəticəsində baş verib.

Türkiyə Silahlı Qüvvələri (TSQ) bölgədə aşkar etdiyi hədəflər hava əməliyyatları ilə vurulub və ilkin məlumatlara görə 6 terrorçu zərərsizləşdirilib.

pia.az