Azərbaycanda onlayn mediaya dair standartlar hazırlanacaq

“Strateji planlaşdırma istiqamətində də iş gedir. Onlayn media sahəsində reklam işinin optimallaşdırılması və potensialının gücləndirilməsi istiqamətində xüsusi layihə konsepti – MediaAd hazırlanacaq”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, onlayn mediada standartlar da hazırlanacaq.

Ə. İsmayılov qeyd edib ki, bəzi media subyektləri feyk xəbərlərlə reytinq toplamağa çalışır ki, bu da peşəkar media subyektlərin fəaliyyətinə mənfi təsir edir: “Peşəkar media subyektləri birgə səylər göstərərək bu cür mənfi halların qarşısını ala bilir. Biz cəmiyyətimizi çaşdırıcı informasiyalardan qorumalıyıq. Peşəkar media subyektləri olaraq cəmiyyətin məlumatlılığını artırmalıyıq”.

pia.az