Bakıda 20 yaşlı gənc özünü metroda yandırmaq istəyib

Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.

PİA.az-ın məlumatına görə, hadisə ötən gün saat 21 radələrində "Gənclik" metro-stansiyasında qatar hərəkət edərkən baş verib.

2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az