Azərbaycan kürdləri “müstəqil Kürdüstan”a dəstək verdi

Orta Asiya və Qafqaz respublikalarından olan kürd nümayəndələri İraqın şimalındakı Ərbil şəhərində toplantı keçirirək “müstəqil Kürdüstan dövləti”nin yaradılmasına tam dəstək ifadə ediblər.
Virtualaz.org saytı ingilisdilli kürd portalı “Rudaw”a istinadən xəbər verir ki, toplantıda Azərbaycan kürdlərinin təmsilçiləri də iştirak edib.Qırğızıstandakı Kürd Assosiasiyasının sədri Ramazan Saidov deyib ki, “Kürdüstan prezidenti” Məsud Bərzaniyə müraciət edərək Qırğızıstandan olan kürd döyüşçülərin Peşmərgə qüvvələrinin sıralarında İŞİD-ə qarşı döyüşməsinə icazə verməyə çağırıb.“Biz Peşmərgənin vətənimiz Kürdüstanın müdafiəsi üçün apardığı mübarizəyə sadiqik. Qırğızıstan kürdləri Peşmərgə sıralarına qoşulmaq üçün istənilən vaxt sizin əmrinizi gözləyir” - deyə Ramazan Saidov bildirib.Azərbaycanda anadan olmuş və hazırda Qırğızıstanda yaşayan kürd fəal, jurnalist Həjar Şamil (Əsgərov) də Ərbildəki kürd müşavirəsində iştirak edib və İraq kürdlərinin müstəqillik çağırışlarına birmənalı dəstək verdiklərini bildirib.