Bakıdan Qusara istirahətə gedən yeniyetmə oğlan dağdan yıxılaraq ölüb

Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb.

PİA.az xəbər verir ki, hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəkdi ərazisində qeydə alınıb.

Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Report)

pia.az