Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Ucarda qardaş qardaşı güllələyib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Alpout kəndində baş verib. Kənd sakini, 2010-cu il təvəllüdlü Pünhan Tofiq oğlu Abbasov əlindəki ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə qardaşı, 2007-ci il təvəllüdlü Salik Tofiq oğlu Abbasovu qətlə yetirib. Faktla bağlı araşdırma aparılır.

pia.az