İran öz mövqeyindən geri çəkilməyəcəyini bildirib

İranın nüvə proqramı üzrə yüksək rütbəli “danışıqçı” Əli Baqiri Kani ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı Tehranın dəqiq mövqeyini təsdiqləyib və İslam Respublikasının bu istiqamətdə tələblərindən əl çəkməyəcəyini bildirib.

Kani, "İran İslam Respublikası 2015-ci il nüvə sazişinin yenilənməsi və sanksiyaların ləğvi tələblərindən əl çəkməyəcək" dedi.

Onun sözlərinə görə, “2018-ci ildə Sazişdən çıxanın ABŞ olduğunu nəzərə alsaq, Vaşinqton ilk addımı atmalıdır”.

İranlı diplomat onu da bildirib ki, Vyana danışıqları prosesi çərçivəsində Tehranın nüvə “beşliyi”nə verdiyi təkliflər sənədləşdirilmiş və məntiqlidir, ona görə də danışıqlar üçün əsas ola bilər.

Danışıqlar zamanı İran planlarını biri sanksiyaların aradan qaldırılması, digəri isə nüvə məsələsi ilə bağlı iki təklif olunan mətn şəklində təqdim edib.(virtualaz.org)

pia.az