Suares: "Messi mənə dedi ki..."

"Atletiko"nun futbolçusu Luis Suares "Barselona"dakı keçmiş komanda yoldaşı, hazırda PSJ-də çıxış edən Lionel Messi haqqında danışıb.

Qol.az xəbər verir ki, o, "Onzo"ya açıqlamasında deyib:

"Biz hər gün ünsiyyət qururuq. Lakin gözləntilərimizdən danışmamağa çalışırıq. Çünki biz futbolçuyuq və belə anlarda necə davranacağımızı bilirik. Çox vaxt oyunlardan, ailələrdən danışırıq. Messi mənə Fransadakı soyuğa görə çox əziyyət çəkdiyini söylədi. Oradakı soyuqluğa alışmaq üçün bir az vaxt lazımdır".

Qeyd edək ki, Suares 2014-2020-i illərdə "Barselona"da oynayıb. Messi isə 2004-2021-ci illərdə bu komandada çıxış edib.

pia.az