Dəzgahın altında qalıb öldü

Güzdək qəsəbəsi ərazisində olan daş karxanasında xəsarət almış şəxs ölüb.
Publika.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 23-də Məhəmməd Adamov işlədiyi Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən "Xəzri" MMC-yə məxsus daş karxanasında dəzgahın altında qalıb. Xəstəxanaya yerləşdirilmiş M.Adamov orada ölüb.