Ermənilərin Şuşa Xalça Muzeyindən oğurladığı ən qədim xalçanın 350 yaşı var

2021-ci il fevralın 15-də İrəvandakı Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda 2020-ci il noyabrın 1-də Şuşa Xalça Muzeyindən qanunsuz olaraq çıxarılmış xalçalardan ibarət sərgi açılıb.

PİA.az-ın məlumatına görə, bu, "Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat"ında yer alıb.

Hesabatda bildirilir ki, ümumilikdə, muzeydən 160 xalça oğurlanıb, lakin onlardan 71-i sərgidə nümayiş olunub. Oğurlanmış ən qədim xalçanın 350 yaşı var.

pia.az