İngiltərə Premyer Liqasının oyunu yarımçıq dayandırılıb

"Uotford" və "Çelsi" komandaları arasında keçirilən İngiltərə Premyer Liqasının XIII tur matçı 12-ci dəqiqədə dayandırılıb.

"Report"un məlumatına görə, buna tribunada əyləşən azarkeşlərdən birinin infarkt keçirməsi səbəb olub.

Görüşü saxlayan referi futbolçuları paltardəyişmə otağına göndərib.

Qeyd edək ki, hələlik qarşılaşmada hesab açılmayıb.

pia.az