ABŞ-da məktəbdə atışma zamanı ölənlərin sayı artıb - Yenilənib

ABŞ-da ötən gün məktəbdə baş verən atışma zamanı ölənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, 17 yaşlı lisey şagirdi aldığı ağır xəsarətlər nəticəsində bu gün dünyasını dəyişib. Bununla da həlak olanların sayı 4 nəfərə çatıb.

Noyabrın 30-da Oksford şəhərində məktəbdə atışma olub. Yerli polis bildirib ki, 15 yaşlı şagird Oksford məktəbində tapançadan 15-20 dəfə atəş açıb. Saxlanılan zaman yeniyetmənin əlindən silah götürülüb, o, müqavimət göstərməyib.

Hadisə nəticəsində 14-17 yaş arasında olan üç nəfər ölüb.

***

ABŞ-ın Tennesi ştatının Humboldt şəhərində orta məktəbdə atışma baş verib.

"Report" xəbər verir ki, bu barədə WPSD telekanalı məlumat yayıb.

Atışmada bir nəfərin öldüyü, daha birinin xəsarət aldığı deyilir.

Hadisə basketbol turnirinin keçirilməli olduğu məktəbin idman zalının qarşısındakı dəhlizdə qeydə alınıb.

Polisin məlumatına görə, şübhəli şəxs saxlanılıb, lakin ona qarşı hələlik heç bir ittiham irəli sürülməyib.

Bir gün əvvəl Miçiqan ştatının Oksford şəhərində 15 yaşlı şagird məktəbdə atəş açaraq üç həmyaşıdını öldürüb, biri müəllim də daxil olmaqla daha 8 nəfəri yaralayıb.

pia.az