Makron Boris Consonu "kloun" adlandırıb

Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Boris Consonu “böyük ölkəni idarə edən kloun” adlandırıb. Bu barədə Fransa mətbuatı yazır.

Siyasətçi La-Manş boğazında miqrasiya böhranı fonunda açıqlama verib. O, Britaniya rəhbərini qeyri-ciddilikdə günahlandırıb və Consonun ölkəni aşağı saldığını qeyd edib. "Bir klounun rəhbərlik etdiyi, çox şey edə biləcəyimiz böyük bir ölkəni görmək çox kədərlidir" dedi Makron.

Böyük Britaniya baş nazirinin rəsmi nümayəndəsi Fransa liderinin şərhlərinə cavab olaraq hər iki dövlətin hökumətlərinə daha çox insan tələfatının qarşısını almaq üçün diqqəti böhranın həllinə yönəltməyi tövsiyə edib. (virtualaz)

pia.az