İran-Əfqanıstan sərhədində toqquşma olub

Bu gün İran-Əfqanıstan sərhədində ağır texnikadan istifadə olunmaqla toqquşma baş verib.

Əfqanıstanın “Aamaj News” agentliyi xəbər verir ki, döyüş iranlı sərhədçilərlə “Taliban” qruplaşmasının üzvləri arasında baş verib.

İntensiv döyüşlərin Əfqanıstanın şimalındakı Nimroz vilayətində qeydə alındığı bildirilir.

Konfliktin səbəbləri açıqlanmır.

pia.az