Rusiyada daha 1 226 nəfər koronavirusdan öldü

Rusiyada son bir gündə daha 32 837 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 669 718 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 226 nəfər artaraq 276 419-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 364 932 nəfər sağalıb.

pia.az