Helikopter qəzasında həlak olan hərbçilərimizin cənazələri ailələrinə təhvil verilir - Yenilənib, Video

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan helikopterində şəhid olan 14 nəfərin nəşi ailələrinə təhvil verilir.

Şəhidlərlə vida mərasimi keçiriləcək.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri bu gün ailələrinə təhvil veriləcək.

Hazırda onların yaxınları Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qarşısındadır.

Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

Baku TV-nin videosunu təqdim edirik:

pia.az