Gəncədə yol qəzası - 2 nəfər xəsarət aldı

Gəncə şəhərində yol qəzası baş verib.

Şəhərin Gülüstan qəsəbəsində qeydə alınan yol qəzasında hərəkətdə olan “Niva” markalı minik maşını “VAZ” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.(unikal)

pia.az