Uorlik Qarabağla bağlı tvit yazdı

"Qarabağ münaqişəsinin nizamlanması prioritet olmalıdır"
 ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri ATƏT nümayəndələri ilə görüşüb. ABŞ-dan olan həmsədr Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsindən yazıb. C. Uorlik Twitter-də bu barədə qeyd edib və görüşün fotosunu yayıb. "Mən ATƏT nümayəndələrinə xatırlatdım ki, qlobal problemlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prioritet olmalıdır",-deyə həmsədr öz Twitter hesabında qeyd edib.Qeyd edək ki, ötən gün ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan sərhədində münaqişədə dinc əhalinin arasında artmış gərginlik, zorakılıq və itkilər haqqında ciddi narahatlığı ifadə edən bəyanat yayıblar. (anspress)