PSJ prezidenti Zidanla bağlı iddialara son qoydu

Fransanın PSJ klubunun prezidenti Nasser El-Helaifi baş məşqçi Zinəddin Zidanla danışıqlar barədə iddialara münasibət bildirib.

Klub prezidenti fransalı mütəxəssislə heç bir danışıqların aparılmadığını bildirərək, yayılan şayiələri təkzib edib.

Xatırladaq ki, PSJ-nin mövsümün sonunda baş məşqçi postuna Zinəddin Zidanı gətirəcəyi iddia olunurdu.(oxu.az)

pia.az