Həmsədrlər bəyanat yaydı

Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andriyo iyulun 23-ü Vyanadan bəyanat yayıblar.
 Bəyanatda Qarabağ bölgəsində gərginliyin, zorakılığın artmasından, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində mülki şəxslərə atəş açılmasından narahatlıq ifadə olunur.İyulun 22-si Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüş keçirdiklərini vurğulayan həmsədrlər tərəfləri mülki şəxslərə və yaşayış məntəqələrinə qarşı zorakılıqdan, itkilərdən çəkinməyə, atəşkəs müqaviləsinə sadiq qalmağa çağırdıqlarını vurğulayıblar.Bəyanatda qeyd olunur ki, xarici işlər nazirləri ilə danışıqlarda Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünün gündəliyi müzakirə olunub, tərəflərin BMT Baş Məclisinin sessiyasının keçiriləcəyi Nyu-Yorkda bir araya gəlmək ehtimalı götür-qoy edilib.Həmsədrlərin bəyanatında tərəflər arasında etimad yaradılması üçün xalqların təması proqramlarına dəstək ifadə olunur.Vasitəçilərin Vyanada Minsk Qrupu ölkələrinin nümayəndələrinə sülh danışıqlarının gedişi barədə məlumat vermək üçün toplaşdığı bildirilir.“Media forum”