Alen Simonyan: Bakı ilə İrəvan arasında səmimi dialoq qurulmalıdır

Madriddə İspaniya Parlamentinin himayəsi altında keçirilən Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış edən Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünün yekunlarına toxunub.

Ermənistan parlamentinin mətbuat xidmətinin məlumatına görə, Simonyan qeyd edib ki, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Ermənistanda bir çox sahələrdə bir sıra islahatlara başlanılıb. Onun sözlərinə görə, Ermənistanda demokratiyaya alternativ yoxdur.

Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündən danışan Ermənistan parlamentinin sədri vurğulayıb ki, onlar vəziyyəti sabitləşdirmək, nəqliyyat-kommunikasiya qovşaqlarını blokdan çıxarmaq, humanitar məsələlərin həlli yollarını müzakirə ediblər. Simonyan məsələlərin güc tətbiq edilmədən həll oluna biləcəyi səmimi dialoqun zəruriliyini qeyd edib.

Noyabrın 26-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli danışıqlar keçirilib, yekunda birgə bəyanat qəbul edilib. (virtualaz.org)

pia.az