Ərdoğan İƏT ölkələrini  Azərbaycanın yanında olmağa çağırıb

“Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə inkişafın və rifahın da önünü açıb”.

PİA.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Ərdoğan bildirib:  "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir. Bu addımlar bölgədə normallaşdırma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəylik içərisində olmağımız böyük önəm kəsb edir".

Türkiyə lideri, həmçinin bölgənin nəqliyyat dəhlizləri, eləcə də Zəngəzur dəhlizinin önəmi barədə fikirlərini bölüşüb.

pia.az