Türkiyə Prezidenti İƏT XV Zirvə toplantısında Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulayıb

“Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu yükdaşımalarda mühüm rol oynayır”.APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışında bildirib.

Türkiyə Prezidenti deyib ki, Zəngəzur koridorunun da önəmi məlumdur. R. T. Ərdoğan nəqliyyat dəhlizlərinin inkişafına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb.

pia.az