Şəmkirdə avtomobil piyadanı vurub

Şəmkirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Zəyəm qəsəbəsində qeydə alınıb. Avtomobil naməlum piyadanı vuraraq xəsarət yetirib. Yaralı ətrafdakı insanlar tərəfindən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

pia.az