Lirə niyə ucuzlaşır? - Ərdoğan cavab verir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lirənin ucuzlaşmasında xarici qüvvələri günahlandırıb və uçot dərəcəsinin aşağı salınmasının davam edəcəyini bildirib. Bu barədə RİA Novosti xəbər verir.

“Uçot dərəcəsi düşəcək! Biz xalqımızı, fermerlərimizi həmin dərəcəyə qurban verməyəcəyik. Xarici agentlər var, onlar bizə hücum edirlər, lakin nə etsələr də, biz öz iqtisadi proqramımızdan əl çəkməyəcəyik”, - deyə RİA Ərdoğandan sitat gətirir.

Türkiyə valyutası il ərzində 40%-dən çox ucuzlaşıb və noyabrın 23-də 1 dollar 11,37 lirədən 13,21 lirəyə kimi ucuzlaşaraq yeni antirekord vurub. Belə kəskin eniş son 20 ildə maksimumdur. Bu, Türkiyənin mərkəzi bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirmək qərarına gəlməsindən sonra baş verib və bazar ertəsi Türkiyə prezidenti televiziya ilə çıxışında yenidən uçot dərəcəsinin endirilməsinin lehinə çıxış edib. (virtualaz.org)

pia.az