"Qəbələ" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun bütün təyinatları müəyyənləşib.

“Neftçi” – “Səbail” qarşılaşması Elçin Məsiyevə, “Qəbələ” – “Qarabağ” görüşü isə Kamranbəy Rəhimova tapşırılıb.

27 noyabr (şənbə)

16:00. “Sabah” – “Keşlə”Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf AllahverdiyevHakim-inspektor: Ramil DiniyevAFFA nümayəndəsi: Aslan Şahgəldiyev“Bank Respublika Arena”

18:15. “Neftçi” – “Səbail”Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid HacıyevHakim-inspektor: Gülağa CabarovAFFA nümayəndəsi: Erkin Hüseynov“Bakcell Arena”

28 noyabr (bazar)

16:00. “Sumqayıt” – “Zirə”Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan HəmzəzadəHakim-inspektor: Orxan MəmmədovAFFA nümayəndəsi: Mübariz Hüseynov“Kapital Bank Arena”

29 noyabr (bazar ertəsi)

16:00. “Qəbələ” – “Qarabağ”Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq BəkirovHakim-inspektor: Ömər PaşayevAFFA nümayəndəsi: Məmmədəli MəmmədovQəbələ şəhər stadionu

pia.az