Sabirabadda avtomobil yanıb, ölən var

Sabirabad rayonunda ölümlə nəticələnən yanğın olub.

PİA.az xəbər verir ki, hadisə rayonunun Bulduq kəndində qeydə alınıb.

Belə ki, “Kia” markalı minik avtomobili yanıb. Hadisə yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunub.

Faktla bağlı araşdırma aparılır. (report)

##galery##

pia.az