Angela Merkelin rekordu baş tutmayıb

Almaniya bundestaqında Sosial Demokrat Partiyasının yeni sədri Olaf Şolzun kansler vəzifəsinə seçilməsi dekabrın 6-ı və ya 8-də baş verəcək.

“Report” “Spiegel”ə istinadən xəbər verir ki, bununla da 1982-ci ilin 1 oktyabr tarixindən 1998-ci il 26 oktyabr tarixinədək, yəni 5 869 gün hökumət başçısı olmuş Helmut Kolun rekordu yerində qalacaq. Belə ki, həmin rekordu təzələmək üçün hazırda kansler əvəzi olan Angela Merkel dekabrın 17-dək öz vəzifəsində qalmalıdır.

Xatırladaq ki, sentyabrın 26-da keçirilən seçkilərdə Sosial Demokrat Partiyası səslərin 25,7 faizini qazanaraq qalib gəlib, mühafizəkar Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi bloku isə 24,1 faizlə tarixində ən aşağı nəticə göstərib.

pia.az