İlham Əliyevdən daha bir sərəncam

Prezident İlham Əliyev Bakı-Quba magistralından Xızı rayonunun Şuraabad qəsəbəsinədək olan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
Sərəncama əsasən avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 4 milyon manat ayrılıb. Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırlıb.