Azərbaycan - Rusiya oyununun hakimləri açıqlanıb

Qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Rusiya qarşılaşmasını Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: İonela Alina Peşu

Baş hakimin köməkçiləri: Petruta Claudia İugulescu, Mihaela Elena Tepusa

Dördüncü hakim: Cristina Mariana Trandafir

pia.az