Naftalanda intihara cəhd: Gənc özünü beşinci mərtəbədən atdı
Naftalanda gənc oğlan intihara cəhd edib.
“Report”un məlumatına görə, hadisə Naftalan şəhərində yerləşən beşmərtəbəli binaların birində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib.
Ağır xəsarət alan gənc Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
pia.az