21 yaşlı gənc Kürdə batıb

Salyanda 21 yaşlı oğlan çayda boğulub
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimov Kür çayının Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində (“Salyan” sularda xilasetmə məntəqəsindən, təxminən, 4 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.