Böyük Britaniya gimnastı tamblinq üzrə qadınlar arasında dünya çempionu olub

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatında qadınlar arasında tamblinq yarışlarında britanyalı Meqan Kili 67.800 xal yığaraq dünya çempionu olub.

PİA.az Trend-ə istinadən bildirir ki, fransalı gimnast Lüsi Tümuan 66.800 xalla ikinci yeri tutub.

66.500 xal yığxın Tahina Piters (Belçika) bürünc medal qazanıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

pia.az