Bakıda faciə - Fəhlə taxtaların altında can verdi

Biləcəri qəsəbəsində yerləşən tikinti materialları bazarında bədbəxt hadisə baş verib.

Bakupost.az -ın məlumatına görə, dünən saat 10:00 radələrində orada fəhlə işləyən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Paşa Budayevin üzərinə taxtalar düşüb, nəticədə hadisə yerində vəfat edib.

Faktla bağlı Binəqədi RPİ-nin 6-cı PB-də araşdırma aparılır.

pia.az