Muradovun Bakı və Yeravan arasında xüsusi diplomatiyası... - RSM-nın keçmiş komandanı hansı səbəbdən vazkeçilməz fiqura çevirilib?

Moskva hansı səbəbdən Rüstəm Muradovu Azərbaycan-Ermənista­n münaqişəsində əsas fiqura çevirib və burda hər hansı təhdid ya da başqa eləment varmı?..

Politoloq:“Həqiqətən­ də son zamanlar Rüstəm Muradov Azərbaycan-Ermənista­n-Rusiya arasında bir körpü rolunu oynayır”.

“Rüstəm Muradovun ilk təyinatı ilə bağlı məlumat yayılanda onun doğum yeri Rusiyanın Dağıstan vilayətinin Dərbənd kəndləri göstərilirdi və millətinin də azərbaycanlı olduğu qeyd olunurdu. Bu məlumatlar Rüstəm Muradovun vikipediyada da yer almışdı. Lakin Rüstəm Muradov rus sülhməramlılarınına komandir təyin ediləndən sonra vikipediyadakı Dərbəndlə bağlı məlumatlarına dəyişiklik edildi”.

Bu sözləri politoloq Turan Rzayev Rüstəm Muradovun Azərbaycan-Ermənista­­n arasında açar fiqura çevrilməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

General-leytenant Rüstəm Muradov noyabrın 17-də Azərbaycana gəlib. Daha sonra isə R.Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçub. Təyyarədə Azərbaycan-Ermənista­­n sərhəddində baş verən toqquşmalar zamanı ölən erməni hərbçilərin meyitləri olduğu bildirilir.

Rusiya sülhməramlılarının keçmiş komandanının bu səfərlərində diqqət çəkən məsələlərdən biri də odur ki, artıq Qarabağdakı sülhməramlı komandan vəzifəsini icra etməsə də, Azərbaycanla Ermənistan arasında gərginlik yaranan kimi, Rüstəm Muradov Bakıda, ya da Yeravanda peyda olur. Belə təsürat yaranır ki, Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandanı Bakı ilə Yeravan arasında açar fiqura çevrilib və bir mənada o, olmadan işlər yürümür. Hətta erməni mətbuatının yazdığına görə noyabrın 16-da sərhəddə baş verən döyüşlərdən sonra Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini vəzifəsini icra edən Rüstəm Muradov məzuniyyətdə olmasına baxmayarq, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu onu təcili məzunuyyətdən geri çağıraraq Bakı və Yeravana göndərib.

Bəs Rüstəm Muradovun Azərbaycan-Ermənista­­n münaqişəsində əsas hərbiçi-diplomata çevrilməsinin səbəbi nədir? Moskva hansı səbəbdən Rüstəm Muradovu Azərbaycan-Ermənista­n münaqişəsində əsas fiqura çevirib və burda hər hansı təhdid ya da başqa eləment varmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Yəqin ki, Rüstəm Muradovun regionunu yaxşı tanıması, region insanlarını başa düşməsi və hər iki ölkə ilə də əlaqələrinin yaxşı olması üstünlüklərinə görə Kreml onun vasitəçilk missiyasını məqbul sayır”.

Muradovun Ermənistan və Azərbaycan tərəfinin qəbul etdiyi adam olmasa, Rusiyanın onu rahatlıqla Bakıya və Yerevana göndərə bilməcəyini vurğulayan politoloq PİA.az-a bildirib ki, indiki halda da rəsmi Bakını bir çox məsələlərdə razılığa gətirmək hər şeydən daha vacibdir:

“Həqiqətən də son zamanlar Rüstəm Muradov Azərbaycan-Ermənista­n-Rusiya arasında bir körpü rolunu oynayır. Ümumiyyətlə Kremlin bu şəxsə bu qədər önəm verməsi maraq doğurur. Xatırladım ki, Rüstəm Muradovun ilk təyinatı ilə bağlı məlumat yayılanda onun doğum yeri Rusiyanın Dağıstan vilayətinin Dərbənd kəndləri göstərilirdi və millətinin də azərbaycanlı olduğu qeyd olunurdu. Bu məlumatlar Rüstəm Muradovun vikipediyada da yer almışdı. Lakin Rüstəm Muradov rus sülhməramlılarınına komandir təyin ediləndən sonra vikipediyadakı Dərbəndlə bağlı məlumatlarına dəyişiklik edildi.

Real danışmaq lazımdır ki, Dağıstan muxtariyyətinin cənub sərhədlərində yaşayanların əksəriyyəti əslən azərbaycanlıdırlar. Rüstəm Muradovun da azərbaycanlı olması haqqında məlumatlar var. İndi Muradov sülhməramlılarının komandiri olmasa da, görünür tərəflər arasındakı uzlaşma baxımından göstərdiyi xidmətlər hələ də dəyərləndirilir. Hər halda rəsmi Bakı Rüstəm Muradovun bu davranışlarında mənfi heç nə görmür. Belə olmasaydı, rəsmi Bakı öz narazılığını bildirərdi.

Turan Rzayev: “Əgər qalib tərəf kimi Azərbaycan bu şəxsin fəaliyyətindən narazı deyilsə, deməli Kreml üçün də bu məqbuldur”.

Bir məsələni qeyd etmək lazımdır ki, Muradov Ermənistan və Azərbaycan tərəfinin qəbul etdiyi adam olmasa, Rusiya onu rahatlıqla Bakıya və Yerevana göndərə bilməzdi. İndiki halda da rəsmi Bakının məsələlərə razılığı hər şeydən daha vacibdir. Düşürəm ki, Rüstəm Muradovu regionunu yaxşı tanıması, regionu başa düşməsi və hər iki ölkə ilə də əlaqələrinin yaxşı olması üstünlüklərinə görə Kreml vasitəçilkdə məqbul sayır.

Həmçinin də onu da qeyd edim ki, Azərbaycan tərəfi qalib tərəfidir. Əgər qalib tərəf kimi Azərbaycan bu şəxsin fəaliyyətindən narazı deyilsə, deməli Kreml üçün də bu məqbuldur”.

Nərminə UMUDLUpia.az