Şəhid leytenant Ümid Niftəliyev Naxçıvanda dəfn olunub - Video, Yenilənib

Noyabrın 16-da Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan leytenant Niftəliyev Ümid Oruc oğlu Naxçıvanda dəfn olunub.

APA-nın xəbərinə görə, şəhid doğulduğu Babək rayonunun Nehrəm kəndində torpağa tapşırılıb.

Dəfn mərasində rəsmi şəxslər, Müdafiə Nazirliyinin əməkdaşları, ictimiayyət nümayəndələri və şəhidin yaxınları iştirak edib.

***

Leytenant Niftəliyev Ümüd Oruc oğlunun nəşi Naxçıvana yola salınıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub. Təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.

pia.az