Türk lirəsi ucuzlaşmaqda davam edir

Türk lirəsinin ABŞ dollarına nisbətdə dəyəri yeni rekord minimumlar nümayiş etdirir.

Oxu.Az xəbər verir ki, beynəlxalq maliyyə bazarlarındakı bugünkü ticarət sessiyasında 1 dolların qiyməti 10.68 lirə həddini aşıb.

Qeyd edək ki, lirənin dollara nisbətində sürətlə ucuzlaşması artıq bir neçə gündür davam edir.

pia.az