Cavuşoğlu: “İranla regional məsələlərdə əməkdaşlığımız hər zaman olduğundan daha önəmlidir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfər edib.

Səfər çərçivəsində İranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşən Çavuşoğlu birgə mətbuat konfransında Tehranda olarkən özünü dostunun evində hiss etdiyini bəyan edib. O, İrana qarşı birtərəfli sanksiyaların ədalətsiz olduğunu diqqətə çatdırıb. Həmçinin, tərəflərin nüvə sazişinə geri dönməsi üçün pozitiv addımların atılmasının vacibliyini vurğulayıb.

Bununla yanaşı, Türkiyə XİN rəhbəri İranla regional məsələlərdəki əməkdaşlığın hər zamankından daha əhəmiyyətli olduğunu bildirib.

Daha sonra İran prezidenti İbrahim Rəisi ilə görüşən Çavuşoğlu səfərinin ikitərəfli münasibətlər baxımından olduqca faydalı keçdiyini qeyd edib.

pia.az